Aralıq (Şörəyel)
Aralıq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (Axuryan) rayonunda
kənd.
== Tarixi ==
Rayon mərkəzindən 22 km məsafədə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində
olmuşdur.
Toponim «hüdud, sərhəd, iki torpağı, mülkü və s.ni bir-birindən ayıran, xətt, mərz», «iki yaşayış məntəqəsi arasındakı məsafə», «ortalıq» mənasında işlənən ara sözünə məkan anlamı bildirən -lıq şəkilçisinin artırılmasından əmələ gəlib «aralıqda, iki yaşayış kəndinin arasında, iki kəndin sərhəddində yerləşən kənd» mənasını bildirir. Relyefli bağlı yaranan düzəltmə quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7.XII.1945-ci il tarixli fərmanı ilə adı dəyişdirilib Yerezqavors
qoyulmuşdur.
== Əhalisi ==
Kənddə azərbaycanlıların etnoqrafik qruplardan olan qarapapaqlar yaşamışdır.
Burada 1886-cı ildə 300 nəfər, 1897-ci ildə 397 nəfər, 1908-ci ildə 441 nəfər, 1914 - cü ildə
510 nəfər qarapapaqlar yaşamışdır.
1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuş, Türkiyədən ermənilər köçürülərək burada yerləşdirilmişdir. İndi burada ermənilər yaşayır.